Bakı Final 2019-a xoş gəldiniz!

QONAQPƏRVƏRLİK

“Xəzərin mirvarisi”, küləklər şəhəri Bakını kəşf etmək UEFA Avropa Liqasının final  oyununu canlı izləmək qədər həyəcanlı və zövqlüdür. Dünənlə bu günün, qədimlə müasirliyin kəsişdiyi Bakını, tarixi-memarlıq abidələri, ecazkar arxitekturası ilə hər kəsi özünə valeh edən paytaxtımızı bizimlə kəşf edin!

Azərbaycanın regionları nə qədər rəngli və fərqlidirsə, süfrə mədəniyyətimiz də bir o qədər zəngin və təamlarımız hər kəsin damaq dadına uyğundur. Azərbaycandasınızsa, qonaqpərvərliyimiz sizi təəccübləndirəcək. Mütləq kimsə sizi evinə - süfrəsinə dəvət edəcək. Amma milli ləzzətlərimizə özünüzü qonaq etməyi də unutmayın. Yemək seçimində çətinlik çəkirsinizsə, o zaman milli mətbəximizi bizimlə kəşf edin!

Avropa Liqasının final həyəcanını Bakıda yaşayın!

Heç bir duyğu final oyununu dostlarınızla birlikdə canlı izləməyi və əsl futbol ab-havasını yaşamağı əvəzləmir. Sizə təklif etdiyimiz xüsusi paketlər bu atmosferi özündə əks etdirən məkan seçiminizi asanlaşdıracaq və dostlarınızla birlikdə sizə əsl futbol həyəcanı yaşadacaq.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər müxtəlif kateqoriyalarda satışa buraxılacaq.

Ümumi oturacaqlar üçün biletlər mart ayından satışda olacaq. Biletlərin növlərinə uyğun təyin edilmiş qiymətlər və satışla bağlı məlumatlar qısa zamanda saytımızda yerləşdiriləcək.

Biznes oturacaqları üçün biletlər isə artıq satışdadır. Paketlərlə tanış olmaq üçün aşağıdakı keçidə daxil olun: